Türkiyədə 19 ildir, reklam və marketinq sahəsinin nəbzini tutan “Felis Mükafatları” 2024-cü ildə ikinci dəfə Azərbaycanda keçirilir. Oyunun qaydalarını dəyişən, qeyri-adi və effektiv layihələrin “Advertising Campaigns”, “Design & Branding”, “Digital & Mobile”, “Film”, “Film Craft”, “Media” və “Outdoor” olmaqla 7 bölmə çərçivəsində dəyərləndirildiyi “Felis Azərbaycan”da qısa siyahılar paylaşıldı.
“WPP”də “Chief Entertainment Officer”, “Ogilvy 4129” üçün isə “Chief Creative Officer” kimi çalışan Sami Basutun prezidentlik etdiyi 11 nəfərlik “Advertising Campaings”, “Film” və “Film Craft” jürisi, “Code Academy”də Qrafik və UX/UI dizayn instruktoru kimi çalışan, müəllif Rizvan Bağırlının prezidentliyində bir yerə gələn 9 nəfərlik “Design & Branding” və “Outdoor” jürisi və son olaraq “Azərlotereya”nın “Chief Marketing Officer”i Dilarə Bəylərovanın prezidentlik etdiyi 11 nəfərlik “Digital & Mobile” və “Media” jürisi mükafata yaxın olan layihələri aşağıdakı şortlist kimi müəyyən etdi.
“Felis Azərbaycan Mükafatları” 8 noyabrda “Brand Week Istanbul 2024” çərçivəsində Haliç Konqres Mərkəzində keçiriləcək tədbirdə sahiblərini tapacaq.
Felis Azərbaycan şortlistini görmək üçün basın.
Ətraflı məlumat üçün: https://felisazerbaijan.com/