Reklam və marketinq sektorunda yaradıcılığın marketinq üzərindəki təsirini vurğulamaq və yaradıcılıq dünyasına töhfə verən bütün komandaların uğurlarını qeyd etmək məqsədilə təşkil olunan “Felis Mükafatları” bu il 6-7-8 noyabr tarixlərində üç gecəlik tədbirlə həyata keçdi.

İkinci dəfə keçirilən “Felis Azərbaycan Mükafatları” isə 8 noyabrda baş tutan mərasimdə sahiblərinə təqdim edildi.

Tədbirdə “Advertising Campaigns” üzrə “Böyük mükafat”ı “Endorphin” agentliyinin “Azercell Telecom” və Azərbaycan Cüdo Federasiyası üçün həyata keçirdiyi “White Suits Girls” layihəsi qazandı.

“İlin agentliyi” mükafatını “Endorphin”, “İlin markası” mükafatını isə “Azercell Telecom” və Azərbaycan Cüdo Federasiyası əldə etdi.

“Felis Azərbaycan 2024”də mükafat qazananların tam siyahısına buradan baxa bilərsiniz.