DIGITAL & MOBILE

Bu bölmədə onlayn, yenilikçi, yaradıcı və texnoloji həllər ilə marka dəyərini artırmağı hədəfləyən rəqəmsal və mobil işlər qiymətləndiriləcək.

Müraciət edən agentliklər və markalar üçün qeydlər:

  • Bu bölməyə agentliklər və brendlər müraciət edə bilər.

DM01. Digital & Social Media Campaigns yeniləndi

Rəqəmsal və ya sosial media platformalarından yaradıcı ideyanın əsas kommunikasiya məkanı kimi istifadə edən kampaniyalar dəyərləndiriləcək. Bir və ya bir neçə rəqəmsal təmas nöqtəsində həyata keçirilən layihələr yaradıcı ideya, platformalardan məqsədəuyğun istifadə, istifadəçi ilə qarşılıqlı əlaqə və əldə olunan nəticələr əsasında qiymətləndiriləcək.


DM02. Mobile Apps & Experiences yeniləndi

Mobil cihazlar üçün hazırlanmış yaradıcı tətbiqlər və təcrübələr dəyərləndiriləcək. Mobil tətbiqlər, mesajlaşma platformaları, lokasiyaya əsaslanan təcrübələr, mobil texnologiyalar və digər “mobile-first” həllər bu kateqoriyaya daxildir. Qiymətləndirmə zamanı texnologiyanın yaradıcı ideya ilə əlaqəsi, funksionallıq, istifadəçi təcrübəsi və brendlə qurulan qarşılıqlı əlaqə nəzərə alınacaq.


DM03. Digital Innovation & Creative Use of Technology yeniləndi

Yeni və ya inkişaf etməkdə olan texnologiyalardan yaradıcı ideyanı mümkün etmək, inkişaf etdirmək və ya istifadəçi təcrübəsini dəyişdirmək məqsədilə istifadə edilən layihələr dəyərləndiriləcək. Mövcud texnologiyalardan qeyri-adi və innovativ şəkildə yenidən istifadə edən layihələr də bu kateqoriyaya daxildir. AR/VR, IoT, səs texnologiyaları, bağlantılı cihazlar, interaktiv sistemlər və bənzər texnologiyalar bu kateqoriya çərçivəsində qiymətləndirilir. Texnologiyanın sadəcə istifadə edilməsi deyil, yaradıcı həllin ayrılmaz hissəsinə çevrilməsi gözlənilir.


DM04. Websites, Platforms & Digital Services yeniləndi

Brendlər üçün hazırlanmış veb-saytlar, mikrosaytlar, rəqəmsal platformalar, brendə məxsus funksional alətlər, onlayn alətlər və digər rəqəmsal məhsullar dəyərləndiriləcək. Layihələr yaradıcı ideya, funksionallıq, istifadəçi təcrübəsi və brendə verdiyi fayda əsasında qiymətləndiriləcək.


DM05. Digital Engagement & Participation yeniləndi

İstifadəçiləri brendin rəqəmsal kommunikasiyasına aktiv şəkildə cəlb edən və onların iştirakını yaradıcı ideyanın mərkəzinə yerləşdirən layihələr dəyərləndiriləcək. İstifadəçilər tərəfindən yaradılan kontentlər, interaktiv mexanizmlər, rəqəmsal "challenge"lər, birgə yaradıcılıq, oyun və digər iştirak modelləri bu kateqoriyaya daxildir. İstifadəçinin yalnız kontenti izləməsi deyil, təcrübənin fəal iştirakçısına çevrilməsi gözlənilir.


DM06. Use of Data yeniləndi

Məlumatların yaradıcı ideyanı, kontenti və ya rəqəmsal təcrübəni birbaşa formalaşdırdığı layihələr dəyərləndiriləcək. Birinci və ya üçüncü tərəf məlumatları, real vaxt məlumatları, davranış məlumatları, sosial media məlumatları və digər məlumat mənbələrindən yaradıcı istifadə bu kateqoriyaya daxildir. Məlumatlardan yalnız hədəfləmə və ya hesabat məqsədilə deyil, yaradıcı həllin əhəmiyyətli hissəsi kimi istifadə olunması gözlənilir.


DM07. Influencer & Creator Campaigns yeni

İnfluenserlərin və ya kontent yaradıcılarının kampaniyanın yaradıcı ideyasında əsas rol oynadığı layihələr dəyərləndiriləcək. Bir və ya bir neçə kontent yaradıcısı ilə əməkdaşlıqlar, uzunmüddətli brend tərəfdaşlıqları və kontent yaradıcılarının rəhbərlik etdiyi kampaniyalar bu kateqoriyaya daxildir. İnfluenserdən yalnız media siması kimi istifadə edilməsi deyil, onun yaradıcı ideyaya və kontentə verdiyi töhfə, brendlə uyğunluğu, yaratdığı qarşılıqlı əlaqə və əldə olunan nəticələr nəzərə alınacaq.


DM08. Creative Use of AI yeni

Süni intellektdən yaradıcı ideyanın, həllin və ya istifadəçi təcrübəsinin ayrılmaz hissəsi kimi istifadə edilən layihələr dəyərləndiriləcək. Generativ süni intellekt, danışıq əsaslı sistemlər, görüntü və səs texnologiyaları, fərdiləşdirmə, tövsiyə sistemləri və süni intellektə əsaslanan digər yaradıcı tətbiqlər bu kateqoriyaya daxildir. Süni intellektdən yalnız istehsal prosesini sürətləndirən vasitə kimi istifadə edilməsi kifayət deyil, onun yaradıcı həllə verdiyi özünəməxsus töhfə aydın şəkildə göstərilməlidir.