DESIGN & BRANDING

Vizual sənətkarlıq qiymətləndiriləcək. Müraciətlər brendə tərif vermək və ya onun əsas mesajlarını çatdırmaq üçün dizaynın necə istifadə edildiyini nümayiş etdirməlidir. Vizual unikal və istehlakçının tanımasına və ya anlamasına səbəb olan iş olmalıdır.

Müraciət edən agentliklər və markalar üçün qeydlər:

  • Müraciətlərdə işin məzmununu sənəd kimi paylaşmaqla yanaşı, müraciətçiyə layihənin istehsal mərhələsinin izah edildiyi "case board" və ya videonu da bölüşməsi tövsiyə olunur.
  • Bu bölməyə agentliklər, markalar və fərdi iştirakçılar müraciət edə bilər.

DB01. Corporate & Brand Identity

Bu kateqoriya bir çox brend təmas nöqtələri (loqo, brend təminat, brend üçün identifikasiya sistemi - vizit kartları, dəftərxana ləvazimatları, loqo, şəbəkə identifikatorları, brendinq qaydaları və s.) üzrə hazırlanmış brend kimlik həlləri üçündür. O cümlədən yeni brend kimliyinin yaradılması, mövcud brendin rebrendinqi və yenilənməsi də buraya daxildir.


DB02. Campaign Branding & Identity

Xüsusi marketinq kampaniyası və ya limitli məhsul xətti, qrupu üçün brendinq. Buraya kampaniya dizaynları və onların elementləri də daxildir.


DB03. Promotional Materials & Brand Items yeniləndi

Brendin və ya kampaniyanın kommunikasiyasını dəstəkləmək məqsədilə hazırlanmış promo məhsulları və materialları dəyərləndiriləcək. Geyim məhsulları, "merchandise", promo hədiyyələri və nümunələri, xüsusi hazırlanmış korporativ hədiyyələr, dəvətnamələr, açıqcalar, təqvimlər, biletlər və buna bənzər çap və ya fiziki brend materialları bu kateqoriyaya daxildir.


DB04. Brand Environment & Experience Design yeniləndi

Brend hekayəsinin və ya mesajının fiziki təcrübəyə çevrildiyi tədbir, sərgi, kampaniya təqdimatı, brend məkanı, pərakəndə satış mühiti və buna bənzər layihələrdəki dizayn işləri dəyərləndiriləcək. Təcrübə məkanının vizual kimliyinin yaradılması, eləcə də dizaynın planlaşdırılan təcrübəyə və istifadəçi ilə qarşılıqlı əlaqəyə verdiyi töhfə qiymətləndirmədə əsas rol oynayacaq. İstiqamətləndirmə dizaynları, məkandaxili qrafik həllər, instalyasiyalar və təcrübə məkanının digər vizual kimlik elementləri bu kateqoriyaya daxildir.


DB05. Packaging

Məhsul və xidmətlər üçün bütün bağlamalar, qablar, örtüklər və etiketlər buraya daxildir.


DB06. Poster Design

Reklam və brend kommunikasiyasından istifadə üçün poster dizaynı. Element başqa media üçün nəzərdə tutulmuş və poster formatına tətbiq edilən konsepsiya deyil, poster kimi yaradılmış olmalıdır. Bunlar həm çap, həm də rəqəmsal ola bilər.


DB07. Publications & Editorial Design

Çap kitabları, jurnallar, qəzetlər, broşürlər, məqalələr, illik hesabatlar, kataloqlar və s. üçün redaksiya və üz qabığının dizaynı, həmçinin e-kitablar, rəqəmsal jurnallar və kataloqlar üçün rəqəmsal nəşrlər üzrə dizayn buraya daxildir.


DB08. Digital Interface Design (UI-UX) yeniləndi

Rəqəmsal məhsulların funksional və rahat istifadəsini təmin etmək məqsədilə hazırlanmış interfeys dizaynları istifadəçi təcrübəsinə verdiyi töhfə əsasında dəyərləndiriləcək. Veb-saytlar, mobil tətbiqlər və digər rəqəmsal məhsul və platformalar üçün hazırlanmış UI/UX dizaynları bu kateqoriyaya daxildir.


DB09. Moving Image Design yeniləndi

Qrafika, tipoqrafiya, illüstrasiya, rəng, kompozisiya və səsin zaman və hərəkət əsasında tərtib edildiyi layihələr dəyərləndiriləcək. Statik dizayn elementlərinin hərəkət, keçid, ritm və zamanlama ilə birləşərək yaratdığı dinamik ifadə əsas götürüləcək. Açılış titrləri, kinetik tipoqrafiya, animasiyalı brend kimliyi həlləri, loqo animasiyaları, sosial media üçün hərəkətli dizaynlar, UI/UX mikroanimasiyaları və rəqəmsal ekran kontentləri bu kateqoriyaya daxildir.


DB10. Typography yeni

Şriftlərdən estetik, funksional və kommunikativ məqsədlərlə istifadə edilən, tipoqrafiyanın dizaynın əsas elementini təşkil etdiyi layihələr dəyərləndiriləcək. Orijinal şrift dizaynları, eləcə də mövcud tipoqrafiyadan yaradıcı və fərqli istifadə nümunələri bu kateqoriyaya daxildir.


DB11. Illustration yeni

Brend, kampaniya, nəşr və ya digər kommunikasiya layihələri üçün hazırlanmış illüstrasiyalar dəyərləndiriləcək. Ənənəvi və ya rəqəmsal üsullarla hazırlanmış əl rəsmləri, 2D/3D işlər, süni intellekt vasitəsilə yaradılmış və ya hibrid üsullarla ərsəyə gətirilmiş illüstrasiyalar bu kateqoriyaya daxildir. İşin istifadə olunduğu kommunikasiya kanalı və brendlə əlaqəsi, özünəməxsus vizual dili və icra keyfiyyəti qiymətləndirmə zamanı nəzərə alınacaq.