ADVERTISING CAMPAIGNS

Reklam kampaniyaları bütün növləri ilə, o cümlədən inteqrasiya olunmuş, tək kanallı, PR kampaniyaları və s. kimi qiymətləndiriləcək. Qiymətləndirmənin əsas meyarları böyük ideya, yaradıcı həllərin orijinallığı və icrası olacaq.

Müraciət edən agentliklər və markalar üçün qeydlər:

  • Müraciət zamanı istifadə olunan kanallarda dərc olunan elanlar sənəd kimi ərizəyə əlavə edilməlidir.
  • Bu bölməyə agentliklər və brendlər müraciət edə bilər.

AC01. Integrated Advertising Campaigns

Müxtəlif media növlərindən (ən azı 3 fərqli media növü) istifadə edən kampaniyalar. Müraciətlər kampaniya ərzində seçilmiş elementləri və ya kanalları nə dərəcədə uğurla inteqrasiya etdiklərinə görə qiymətləndiriləcək. Həmçinin inteqrasiya olunmuş onlayn kampaniyalar da buraya daxildir.


AC02. Single Channel Campaigns

Yalnız bir kütləvi informasiya vasitəsindən istifadə edən kampaniyalar. Müraciətlər kampaniyanın həmin spesifik vasitə üçün necə yaradıcı şəkildə tərtib edildiyini təsvir etməlidir.


AC03. Promotion & Activation Campaigns yeniləndi

İstehlakçını brendlə aktiv qarşılıqlı əlaqəyə cəlb etməyi və onu müəyyən davranışa və ya addım atmağa təşviq etməyi hədəfləyən kampaniyalar dəyərləndiriləcək. Satışa təşviqlər, brend aktivasiyaları, təcrübəyə əsaslanan layihələr, məhsul nümunələrinin təqdim edilməsi, tədbirlər, eləcə də istehlakçı iştirakını stimullaşdıran onlayn və ya fiziki layihələr bu kateqoriyaya daxildir. Yaradıcı ideyanın istehlakçını necə hərəkətə keçirməsi və brendlə qurulan qarşılıqlı əlaqənin gücü qiymətləndirmədə əsas meyar olacaq.


AC04. Direct Marketing Campaigns yeniləndi

Konkret hədəf auditoriyası ilə birbaşa ünsiyyət quraraq ölçülə bilən reaksiya və ya davranış formalaşdırmağı hədəfləyən kampaniyalar dəyərləndiriləcək. Elektron poçt, SMS, CRM, birbaşa imeyllər, mesajlaşma tətbiqləri, loyallıq proqramları və buna bənzər birbaşa kommunikasiya kanallarından istifadə edən layihələr bu kateqoriyaya daxildir. Hədəfləmənin düzgünlüyü, yaradıcı ideya, fərdiləşdirmə və əldə olunan ölçülən nəticələr qiymətləndirmə zamanı nəzərə alınacaq.


AC05. Social Impact Campaigns yeniləndi

Sosial, mədəni, etik və ya ekoloji məsələ ilə bağlı məlumatlılıq yaratmağı, davranış dəyişikliyinə nail olmağı və ya cəmiyyətə konkret fayda verməyi hədəfləyən kampaniyalar dəyərləndiriləcək. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, fondlar, sosial təşəbbüslər və ya brendlər tərəfindən, yaxud onların adından həyata keçirilən layihələr bu kateqoriyaya daxildir. Layihənin mərkəzində korporativ nüfuzdan daha çox sosial məqsəd və yaradılan təsir dayanmalıdır.


AC06. Corporate Social Responsibility (CSR) / Corporate Image yeniləndi

Brendin və ya şirkətin sosial, ekoloji və ya korporativ məsuliyyət yanaşmasını nümayiş etdirən, nüfuzunu, imicini və maraqlı tərəflərlə münasibətlərini gücləndirməyi hədəfləyən kampaniyalar dəyərləndiriləcək. Sosial məsuliyyət layihələri, dayanıqlılıqyönümlü fəaliyyətlər, cəmiyyətə və ya ətraf mühitə töhfə verən brend təşəbbüsləri, eləcə də korporativ imici dəstəkləyən kommunikasiya layihələri və tədbir sponsorluqları bu kateqoriyaya daxildir.


AC07. Low Budget Campaigns yeni

Məhdud istehsal və media büdcəsinə baxmayaraq, yaradıcı ideya və güclü icra sayəsində yüksək təsir yaradan kampaniyalar dəyərləndiriləcək. Layihələr mövcud resurslardan yaradıcı istifadə, büdcəyə nisbətdə əldə olunan təsir və nəticələr, eləcə də ideyanın gücü əsasında qiymətləndiriləcək.


AC08. Self Promotion

Reklam agentlikləri və media üçün (nəşrlər, TV, radio, rəqəmsal platformalar və digər media növləri) edilmiş işlər buraya daxildir.