OUTDOOR

Çölə çıxdığınız an qarşılaşdığınız ən yaradıcı kommunikasiya işləri qiymətləndiriləcək. Ənənəvi və innovativ çöl işləri yaradıcı ideyaları və qüsursuz icraları ilə rəqabət aparacaq.

Müraciət edən agentliklər və markalar üçün qeydlər:

  • Bu bölmədə eyni layihəyə aid silsilə işlər "Outdoor Campaigns" kateqoriyası istisna olmaqla, ayrı-ayrı müraciətlər şəklində təqdim edilməlidir. Məsələn, eyni layihəyə aid 3 fərqli iş varsa, hər biri üçün ayrıca müraciət edilməlidir. "Outdoor Campaigns" kateqoriyasında isə silsilə işlər bir müraciət çərçivəsində təqdim olunmalıdır.
  • Vahid "Ambient & Experiential" tətbiqini təşkil edən bir neçə fiziki element, təmas nöqtəsi və ya icra hissəsi bir müraciət çərçivəsində qiymətləndirilə bilər. Lakin eyni yaradıcı ideya əsasında hazırlanmış, bir-birindən müstəqil ambient layihələr ayrı-ayrılıqda təqdim edilməlidir.
  • Kanalın xüsusiyyətinə görə layihə eyni anda həm "Traditional Outdoor", həm də "Ambient & Experiential" kateqoriyasında iştirak edə bilməz. Əvvəlcədən müəyyən edilmiş ənənəvi reklam sahələrində həyata keçirilən layihələr "Traditional Outdoor", standart reklam sahələrindən kənara çıxaraq mühit, məkan və ya obyektlə yaradıcı əlaqə quran layihələr isə "Ambient & Experiential" kateqoriyasına təqdim edilməlidir.
  • Bu bölməyə agentliklər və brendlər müraciət edə bilər.

OOH01. Traditional Outdoor yeniləndi

Əvvəlcədən reklam sahəsi kimi müəyyən edilmiş açıq hava kanallarında həyata keçirilən ənənəvi, statik və rəqəmsal olmayan layihələr dəyərləndiriləcək. Bilbordlar, poster sahələri, raketlər, avtobus dayanacaqları, yol kənarı və bənzər standart açıq hava reklam sahələri bu kateqoriyaya daxildir.


OOH02. Transport & Transit Outdoor yeni

İctimai nəqliyyat vasitələrində, stansiyalarda, dayanacaqlarda, terminallarda və nəqliyyat sistemləri ilə əlaqəli digər fiziki məkanlarda həyata keçirilən açıq hava layihələri dəyərləndiriləcək. Avtobus, metro, qatar və digər nəqliyyat vasitələrinin daxili və ya xarici səthlərindən, eləcə də səyahət təcrübəsinin bir hissəsi olan məkanlardan yaradıcı istifadə bu kateqoriyaya daxildir. Layihənin yerləşdiyi nəqliyyat mühiti ilə qurduğu əlaqə və yaradıcı ideyaya verdiyi töhfə nəzərə alınacaq.


OOH03. Ambient & Experiential yeniləndi

Ənənəvi olaraq reklam sahəsi kimi istifadə edilməyən ictimai və ya fiziki məkanların, obyektlərin və mövcud mühit elementlərinin yaradıcı kommunikasiya təcrübələrinə çevrildiyi layihələr dəyərləndiriləcək. İnstalyasiyalar, xüsusi konstruksiyalar, üçölçülü tətbiqlər, gerilla layihələri və istehlakçının fiziki mühitlə qarşılıqlı əlaqəyə girdiyi təcrübə əsaslı açıq hava tətbiqləri bu kateqoriyaya daxildir. Layihənin yerləşdiyi məkan və ya obyektlə əhəmiyyətli əlaqə qurması gözlənilir.


OOH04. Digital Outdoor (DOOH) yeniləndi

Rəqəmsal açıq hava kanallarında həyata keçirilən yaradıcı layihələr dəyərləndiriləcək. Statik və ya hərəkətli rəqəmsal bilbordlar, dinamik və interaktiv ekranlar, real vaxt kontentləri, məlumat və ya texnologiya əsasında dəyişən tətbiqlər və digər DOOH layihələri bu kateqoriyaya daxildir. Rəqəmsal kanalın xüsusiyyətlərinin yaradıcı ideyaya verdiyi töhfə nəzərə alınacaq.


OOH05. Outdoor Campaigns yeni

Eyni yaradıcı ideya və kommunikasiya platforması əsasında hazırlanmış, bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən ən azı üç açıq hava tətbiqindən ibarət kampaniyalar dəyərləndiriləcək. Layihələr ayrı-ayrılıqda deyil, kampaniyanın bütövlüyü, yaradıcı ideyanın müxtəlif açıq hava formatlarına necə uyğunlaşdırılması və tətbiqlərin bir-birini necə tamamlaması əsasında qiymətləndiriləcək.