Filmlərin ekran sənəti qiymətləndiriləcək. Filmlər texniki bacarıq və işin istehsalında və ya istehsal sonrasında (post-production) fəaliyyət və bu elementlərin ideyanı necə inkişaf etdirməsi, onun icrasını dramatik şəkildə gücləndirməsi ilə birlikdə dəyərləndiriləcək.

Müraciət edən agentliklər və markalar üçün qeydlər:

  • Müraciətlərdə işin məzmununu sənəd kimi paylaşmaqla yanaşı, müraciətçiyə layihənin istehsal mərhələsinin izah edildiyi "case board" və ya videonu da bölüşməsi tövsiyə olunur.
  • Bu bölməyə agentliklər, markalar və fərdi iştirakçılar müraciət edə bilər.