Televiziya, kino və onlayn platformalarda yayımlanmaq üçün hazırlanmış film kontentləri dəyərləndiriləcək. Layihələr yaradıcı ideya, ideyanın brend və ya qurumla əlaqəsi, storitellinq gücü, icra keyfiyyəti və əldə olunan nəticələr əsasında qiymətləndiriləcək.

Müraciət edən agentliklər və markalar üçün qeydlər:

  • Bu bölmədə eyni layihəyə aid silsilə işlər "Film Campaigns" kateqoriyası istisna olmaqla, ayrı-ayrı müraciətlər şəklində təqdim edilməlidir. Məsələn, eyni layihəyə aid 3 fərqli film varsa, hər biri üçün ayrıca müraciət edilməlidir. "Film Campaigns" kateqoriyasında isə silsilə filmlər bir müraciət çərçivəsində təqdim olunmalıdır.
  • Hər layihə yalnız bir sektor kateqoriyasına təqdim edilə bilər. Eyni layihənin birdən çox sektor kateqoriyasına təqdim edildiyi müəyyən olunarsa, həmin müraciətlərin heç biri qiymətləndirilməyəcək. Layihə uyğun olduğu halda bu qayda onun "Film Campaigns" və ya digər xüsusi kateqoriyalara əlavə olaraq təqdim edilməsinə mane olmur.
  • Bu bölmədəki kateqoriyalara təqdim olunan filmlər televiziya, kino və ya rəqəmsal kanallarda yayımlanmış olmalıdır.
  • Bu bölməyə agentliklər və brendlər müraciət edə bilər.